Вернуться назад Распечатать

“Azəriqaz” rəhbərliyinin Mingəçevirdə vətəndaş qəbulu keçirəcək

SOCAR-ın “Azəriqaz” İB rəhbərliyinin növbəti vətəndaş qəbulu Mingəçevir şəhərində planlaşdırılır. 

1xeber.media xəbər verir ki, qəbul yanvarın 23-ü saat 11:00-da Gənclər Evində baş tutacaq. 

Görüş zamanı Mingəçevir və Yevlax sakinlərinin müraciətləri dinləniləcək. 

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. 

Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional Qaz İstismarı İdarəsinə (tel: 050 845 74 14; 050 845 93 52) müraciət edə bilərlər.