Вернуться назад Распечатать

Dünyanın heyran qaldığı işıqlar - FOTOLAR

Şimal işıqları günəşdən qopan hissəciklərin atmosferə daxil olarkən toqquşmasından yaranan möcüzəvi işıqlardır.

1xeber.media xəbər verir ki, bu işıqlar əsasən şimal və cənubun maqnetik qütblərində görünür. Şimalda bu işıqlar “Aurore Borealis”, cənubda isə “Aurora Australis” adlanır. İşıqlar cürbəcür rənglərdə ortaya çıxa bilir. Adətən bu işıqlar yer kürəsinin səthindən 80 kilometrdən 640 kilometrə qədər yüksəklikdə olur.

Şimal işıqları tez-tez sentyabr-oktyabr və mart-aprel aylarında maqnit aktivliyinin artdığı gecə-gündüz bərabərliyi zamanı müşahidə olunsa da, gecələrin ən uzun və ən qaranlıq olduğu noyabr və fevral ayları arasındakı dövr bu unikal tamaşanı aydın səma altında izləmək üçün ən populyar vaxtdır.

"Aurora Borealis" kimi də tanınan bu işıqlar adlarını Roma sübh ilahəsi "Aurora" və yunanca şimal küləyi mənasını verən "Boreas" sözündən götürüb. Bu təbii fenomenə "ruhların rəqsi" də deyilir.