Вернуться назад Распечатать

Tramp Avropanı Ukrayna məsələsini həll etməyə çağırdı

ABŞ Ukraynaya qarışmamalıdır; bu, Avropanın işidir.

1xeber.media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp 21 yanvarda bildirib.

"Onlar bizim etdiklərimizi qiymətləndirmirlər. Mən NATO-dan danışıram, Avropadan danışıram. Onlar Ukraynaya qarışmalıdırlar, biz isə qarışmamalıyıq", - deyə Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, ABŞ Ukraynadan uzaqdadır və onları geniş okean ayırır.