1xeber.media xəbər verir ki, Dövlət Duması rus dilini bilməyən miqrant uşaqlarının məktəbə qəbulunu qadağan edən qanun qəbul edib.
Bunu dekabrın 11-də qanunvericilik təminatı sistemində dərc olunan məlumat sübut edir.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün Telegram kanalında bildirib ki, səs verən 410 nəfərdən 409-u bu təşəbbüsü dəstəkləyib, bir deputat isə əleyhinə çıxıb."Uşağı məktəbə yazdırmazdan əvvəl onun Rusiya Federasiyasının ərazisində olmasının qanuniliyi, habelə rus dilini bilməsi yoxlanılacaq", - Volodin mesajında əlavə edib.