Ötən gün “Qarabağ” - “Ayntraxt” oyununu izləyənlər arasında Azərbaycanın rəsmi şəxsləri də olub.
1xeber.media Manset.az-a istinadla məlumatına görə, oyunu izləyənlər arasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Təhlüləsizlik Şurasının katibinin müavini general-polkovnik Mədət Quliyev də olub.
Onlar, xüsusilə, qələbə qolunun - 3-cü qolun vurulması zamanı emosiyalarına hakim ola bilməyiblər.


