Bakının Nəsimi rayonunda icra hakimiyyətinin başçısı və başçının müavini vəzifələri vakantdır.
1xeber.media xəbər verir ki, ötən il noyabrın 12-də prezident İlham Əliyevin Sərəncamı ilə Nəsimi rayon icra hakimiyyətinin başçısı təyin edilən Elxan İbrahimov 47 gün sonra – 2025-ci il dekabrın 29-da tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, icra başçısının müavini Ramiz Quliyev isə bu sərəncamdan iki gün əvvəl postu ilə vidalaşıb. O, Elxan İbrahimovun ötən il dekabrın 27-də imzaladığı müvafiq əmrlə işdən çıxarılıb.Mətbuatda sabiq icra başçısı Elxan İbrahimovun rayon ərazisində fəaliyyət göstərən iş adamlarından külli miqdarda rüşvət tələb etdiyi üçün postundan uzaqlaşdırıldığına dair iddialar yer alıb. /metbuat.az/