1-ci Qarabağ müharibəsi şəhidi Qənbərov Xalıq Şəxşin oğlunun bacısı Qənbərova Əntiqə 2ç gün öncə vəfat edib.
1xeber.media xəbər verir ki, yağan güclü qar səbəbindən mərhurm bugün axşam saatlarında dəfn olunub.
O, Lerikin Barzavu kəndində torpağa tapşırılıb.
Güclü qar və çətin yol şəraiti mərasimin həyata keçirilməsini çətinləşdirsə də, kənd əhalisinin həmrəyliyi sayəsində dəfn mümkün olub.
Qeyd edək ki, Lerik rayonu X.Qənbərov adına Barzavu kənd ümumi orta umumtəhsil məktəbi həmin şəhidin adını daşıyır.
Surxay Şahbazov