Вернуться назад Распечатать

Azərbaycan millisi Danimarkaya qalib gəldi - YENİLƏNİB

Millimiz növbəti dəfə Danimarka yığması ilə qarşılaşıb.

1xeber.media xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan görüş komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları Fərid Abbasov (8-ci dəqiqə), Emil Həsənzadə (18), Ədalət Ələkbərov (31) və Rövşən Hüseynli (34) vurublar.

Qeyd edək ki, komandalar arasında yanvarın 22-də keçirilən ilk oyunda Danimarka yığması 4:1 hesablı qələbə qazanıb

***10:34

Bu gün Azərbaycanın futzal millisi təlim-məşq toplanışı çərçivəsində 2-ci yoldaşlıq oyununa çıxacaq.

1xeber.media xəbər verir ki, komanda Danimarka yığması ilə qarşılaşacaq.

Bakı İdman Sarayında keçiriləcək oyun saat 16:00-da start götürəcək.

Görüşü Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcovdan ibarət hakimlər briqadası idarə edəcək.