Вернуться назад Распечатать

“Ötən il əlilliklə bağlı 1500 şəxs barədə qərar ləğv edilib”

“Ötən il xüsusi araşdırmalarla əlilliklə bağlı 1500 şəxs barədə qərar ləğv edilib”.

1xeber.media xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə saxtakarlığın, qərəzli, neqativ halların qarşısı alınıb: “Vətəndaş saxta olan və ya olmayan sənədlərlə müraciət etsə belə, onları aşkarlaya bilirik. Saxtakarlıq aşkar olunduğu təqdirdə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilir”.

R.Rzayev əlavə edib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə xəstəxanaya geri qaytarılan göndərişlər 30% azalıb.