Вернуться назад Распечатать

Şolts hökumətə etimadla bağlı Bundestaqa müraciət ünvanlayıb

Almaniya Kansleri Olaf Şolts hökumətə etimadla bağlı Bundestaqa müraciət ünvanlayıb.

1xeber.media TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.

"Bu gün səhər Almaniya Kansleri Olaf Şolts Əsas Qanunun 68-ci maddəsinə uyğun olaraq etimad məsələsi ilə bağlı yazılı müraciəti imzalayıb", - o qeyd edib.

Sənəd Bundestaq sədrinin dəftərxanasına təqdim edilib.

"Bundestaqda etimad votumu ilə bağlı müzakirələr dekabrın 16-na planlaşdırılıb", - rəsmi nümayəndə bildirib.