Вернуться назад Распечатать

Murmansk yaxınlığında ABŞ-a məxsus kəşfiyyat təyyarəsi aşkar edilib

1xeber.media xəbər veri ki, Flightradar24 uçuş izləmə portalının məlumatlarına görə, ABŞ-ın P-8A Poseidon kəşfiyyat təyyarəsi Murmansk yaxınlığında müşahidə edilib.

Kəşfiyyat təyyarəsi bir neçə saat əvvəl İslandiyanın Keflavik Beynəlxalq Hava Limanından yola düşüb. Daha sonra Rusiya şəhərinin limanı yaxınlığındakı Barents dənizində neytral hava məkanında müşahidə edilib.

Amerika kəşfiyyat təyyarəsi hazırda radarlardan itib və Murmansk yaxınlığında görünmür.

Daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing P-8A Poseidon kəşfiyyat təyyarəsi Qara dəniz üzərində Soçiyə doğru uçarkən müşahidə edilib. Kəşfiyyat təyyarəsi İtaliyanın Siciliya adasından yola düşüb və Bolqarıstanın Varna şəhərindən Qara dənizə yaxınlaşıb. Daha sonra Rumıniya hava məkanına daxil olub və Krımdan təhlükəsiz məsafə saxlayaraq Soçiyə doğru davam edib.