Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş İdarəsinin rəis müavini vəzifəsindən azad olunub.
Əmrə əsasən, Mübariz Abduyev öz ərizəsi ilə vəzifədən azad olunaraq, dövlət qulluğunda son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Mübariz Abduyev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük-general-mayoru Sadiq Abduyevin qardaşıdır. Sadiq Abduyev 2018-ci ildə “dərman mafiyası”na qarşı hüquq-mühafizə orqanlarının gömrük xidmətində keçirdiyi əməliyyat zamanı vəzifəsindən azad olunub.
Məlumata görə, vəzifəsini itirən Mübariz Abduyev Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərovanın əmisi oğludur.
Ruhəngiz Heydərovanın əmisi olan Tofiq Abduyevin 5 övladı var.
1xeber.media xəbər verir ki,Oxu24.com Abduyevlərin qohumluq əlaqəsi olan şəxsləri ilə bağlı fotofaktı təqdim edir:
Onlar əslən Ağdaş rayonunun Üçqovaq kəndindəndirlər. Sonradan Qəbələyə köçüblər.
CityPost.az saytının yazdığına görə, işdən çıxarılan Mübariz Abduyevin digər qardaşı Etibar Abduyev uzun müddət daxili işlər orqanlarında yüksək vəzifələrdə çalışıb.
O,bir neçə rayonun Polis İdarəsinin rəisi olub. Hazırda təqaüddədir.

