Вернуться назад Распечатать

İşdən çıxarılan nazir müavini deputatın əmisi oğludur

Xəbər verdiyimiz kimi, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vəzifəsindən azad edilib.

1xeber.media-nın əldə etdiyi məlumata görə, işdən çıxarılan nazir müavini S.Cəfərov deputat Kamal Cəfərovun əmisi oğludur.

Qeyd edək ki, Sarvan Cəfərov 2018-2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi və müşaviri olub. 2020-ci ilin mart ayından nazirlikdə Aparat rəhbəri vəzifəsində işləyib. Həmin ilin iyul ayından isə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. 2026-cı il yanvarın 27-də kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.