Xəbər verdiyimiz kimi, İmişlidə evlərdən birində baş verən yanğında 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcovun meyiti tapılıb.
1xeber.media xəbər verir ki, onun bədəni üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətin olduğu müəyyən edilib.
Baş Prokurorluğun məlumatına görə, 1979-cu il təvəllüdlü Elnarə Cəfərovanın Sədrəddin Fərəcovu qəsdən öldürməsinə əsaslı şübhələr ortaya çıxıb və cinayət işi başlanıb.
Qətlə yetirilən İmişli rayonu Qaradonlu kənd sakini Fərəcov Sədrəddin Qüdrət oğlu isə bir ay əvvəl İmişlinin mərkəzində yaşamaq üçün kirayə mənzilə köçüb.