Вернуться назад Распечатать

Nazirlikdə kadr dəyişkiliyi: direktoru yenisi əvəz etdi

Səhiyyə nazirinin müvafiq əmri ilə nazirliyin Səhiyyənin Təminat Mərkəzinin direktoru Azər Nəsirov vəzifəsindən azad edilib.

Bu barədə 1xeber.media-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Azər Nəsirov Mərkəzin direktor müavini təyin edilib.

Nazirin digər əmri ilə Səhiyyənin Təminat Mərkəzinin direktoru vəzifəsinə Etibar Muradov təyin edilib.