Treyderlər ABŞ dollarının zəifləməsi proqnozlarına rekord məbləğdə investisiya qoyublar.
1xeber.media xəbər verir ki, bu barədə “Blumberq”in məlumatında deyilir.
Bildirilib ki, ABŞ valyutasının zəifləməsindən mənfəət əldə edən qısamüddətli maliyyə variantları 2011-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Qeyd olunur ki, dollar G10 valyutaları arasında sonuncu yerdədir və bu da ABŞ-ın ənənəvi aktivlərin saxlanma bazarının perspektivində kəskin dəyişiklik olduğunu göstərir.
Hazırki vəziyyətin ölkənin artan büdcə kəsiri, ticarət münaqişələri, vəsaitlərin qızıla və digər aktivlərə sürətlənmiş diversifikasiyası ilə əlaqədar olduğu iddia edilir.