Вернуться назад Распечатать

Qızılın qiyməti tarixi maksimumu yenilədi

Əmtəə bazarlarında qızıl və gümüşün bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətləri tarixi maksimumunu yeniləyib.

1xeber.media birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 2,96% artaraq 5 272,11 ABŞ dollarına bərabər olub.