Kəndlərdən şəhərə miqrasiya dünyada geniş yayılmış tendensiyadır. Beynəlxalq təşkilatlar bildirir ki, bu proses o zaman təhlükəlidir ki, miqrasiya seçim yox, məcburiyyətdir.
Rəsmi statistikada belə bir fərq görünməsə də, Dünya Bankının məlumatına görə, Azərbaycanda 2021-ci ildən sonra kənddən şəhərə miqrasiyanın dinamikası artıb. Həmin ildə əhalinin 51 faizi şəhərlərdə yaşayırdısa, 2024-cü ildə bu göstərici 58 faizdən çox olub.