Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Nəsimi Ağayev eyni ölkədəki erməni həmkarı Viktor Yengibaryan ilə görüşüb.
1xeber.media xəbər verir ki, səfirlər Bundestaqın Xarici İşlər Komitəsinin sədri Armin Laşetin dəvəti görüşüblər.
Onlar "Cənubi Qafqazda Dönüş Zamanları: Azərbaycan və Ermənistan arasında tarixi sülh, Almaniyanın rolu və Avropanın Yeni Şərq Əlaqəsi” mövzusunda müzakirədə iştirak ediblər.
Tədbirdə onlarla mütəxəssis, parlament üzvü və media nümayəndələri iştirak edib. Tədbir Münhen Maksimilian Universiteti və Axen Universitetinin Beynəlxalq Əməkdaşlıq, Texnoloji Diplomatiya və Kommunikasiya İnstitutu tərəfindən təşkil olunub.