Вернуться назад Распечатать

“The Guardian” Qurban Qurbanovu Ser Aleks Ferqüssona bənzətdi

İngiltərənin məşhur “The Guardian” nəşri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov barədə yazı hazırlayıb.

1xeber.media  xəbər verir ki, nəşr Ağdam klubunun çalışdırıcısını “Mançester Yunayted”in əfsanəvi məşqçisi Ser Aleks Ferqüssona bənzədib. 

Həmin yazının başlığı belədir: “Liverpul “azərbaycanlı ser Aleks Ferqüsson”la qarşılaşır”.

Yazıda Qurban Qurbanovun rəhbərliyi altında oynamış sabiq futbolçuların da fikirlərinə yer verilib.

Həmçinin azərbaycanlı jurnalistlər də ölkəmizə uğur qazandıran çalışdırıcıdan danışıb. “Qafqazinfo”nun əməkdaşı Elsevər Məmmədov da “The Guardian”a Qurban Qurbanov haqqında fikirlərini bildirib. 

Qafqazinfo