Bu gün Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovanın doğum günüdür.
1xeber.media xəbər verir ki, o, 48 yaşını qeyd edir.
Deputat ad günlərini sevdiyini bildirib:
“Doğum günlərimi sevirəm! Allahın bir lütfü kimi qarşılayıram hər yaşımı. Bir az da ömrün hesabatı kimidir doğum günləri... Nə etdim, daha nə edə bilərəm kimi suallarla keçmişlə gələcək arasında qızıl ortada dayanıb sorğulayırsan özünü. Amma bütün hallarda hədəf ləyaqətli yaşamaqdırsa, nə keçmiş səni ağrıdır, nə gələcəkdən qorxun var demək... Bundan gözəl, bundan ali məqam nə ola bilər ki?!”.
E.Akimova səhəri təbrik mesajları ilə açdığını söyləyib:
“Səhəri gözəl təbrik mesajları ilə açdım. Səmimi, duyğulu, həzin... İnsan bəzən kəlmələrdə tapır yaşanılan ömrün mənasını, gözəlliyini. Bizi biz edən insani əməllərimizdir. Bunu dərk etdiyimiz anda başlayır yeni gün, yeni başlanğıc! 48 yaşım, həyatıma xoş gəldin!”
Qeyd edək ki, Elnarə Akimova 28 yanvar 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. O, 2024-cü il növbədənkənar parlament seçkilərində 46 saylı Sumqayıt beşinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi kimi deputat seçilib.