Вернуться назад Распечатать

Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinin vergi borcu 306 min manatı ötdü

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin böyük miqdarda vergi borcu üzə çıxıb.

1xeber.media xəbər verir ki,32gun.az-ın əldə etdiyi məlumata görə, MMC-nin vergi borcu 306 585,56 manat təşkil edir.

Qeyd edək ki, 2018-ci ildə yaradılan bu MMC-nin nizamnamə kapitalı 5 000 manatdır.

Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin rəhbəri 2025-ci ilin sonlarında təyin edilmiş Hikmət Hüseynovdur

Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nazirliyin rəhbəri Məcnun Məmmədovdur.