Вернуться назад Распечатать

Ötən il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?

2025-ci ildə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 4 milyard 465,7 milyon manat vəsait ayrılıb.

1xeber.media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmin vəsaitin 3 milyard 781,9 milyon manatı və yaxud 84,7%-i işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 373,2 milyon manatı və yaxud 8,3%-i dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin, 258,5 milyon manatı və yaxud 5,8%- dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə vəsaitin, 52,1 milyon manatı və yaxud 1,2%-i dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşüb.

Xatırladaq ki, 2024-cü ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 4 milyard 855,8 milyon manat vəsait ayrılmışdı.