Вернуться назад Распечатать

Şəmşad Ağanın anası vəfat etdi

“Meydan TV” işi üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağaya ağır itki üz verib.

1xeber.media  xəbər verir ki, jurnalistin anası vəfat edib.

Onun vəkili Zibeydə Sadıqova müvəkkilinin anasının dəfn və yas mərasimində iştirak etmək üçün Penitensiar Xidmətə, Bakı Ağır Cinayətlər Məhkəməsinə, həmçinin Ombudsmana müraciət edib.

Hələ ki, vəsatətə baxılmayıb.

“Bakupost”un xəbərinə görə, Ş. Ağanın anası parkinson xəstəliyindən əziyyət çəkirmiş.

Xatırladaq ki, ötən il oktyabrın 12-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi. 

Qeyd edək ki, Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.