
PAOK klubu Avropa Liqasının liqa mərhələsinin 8-ci turunda Fransanın "Lion" komandası ilə matçın təxirə salınması ilə bağlı UEFA-ya müraciət ünvanlayıb.
1xeber.media xəbər verir ki, buna səbəb klubun azarkeşlərinin faciəvi qəzada həyatını itirməsi olub. Buna baxmayaraq qurum klubun bu müraciətini qəbul etməyib. Qarşılaşmanın planlaşdırıldığı kimi, yanvarın 29-da keçirilməsinə qərar verilib.
Xatırladaq ki, yanvarın 27-də Fransaya yollanan PAOK azarkeşlərini daşıyan mikroavtobus Rumıniyada ağır qəzaya uğrayıb. Yük maşını ilə toqquşma nəticəsində 10 sərnişindən 7-si dünyasını dəyişib.