Xəbər verdiyimiz kimi,Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.
1xeber.media xəbər verir ki, pley-off-da ilk oyunlar 17 və 18 fevral, cavab oyunları isə 24 və 25 fevral 2026-cı il tarixlərində oynanılacaq.
Qeyd edək ki, Ağdam təmsilçisinin potensial rəqibləri məlumdur. “Qarabağ” pley-offda ya PSJ, ya da “Nyukasl”la qarşılaşacaq.