Вернуться назад Распечатать

Ölməyib, sağdır!.. - Əhəd Abıyev qardaşından danışdı

Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevin qardaşı Nadir Abıyevin vəfat etməsi ilə bağlı məlumat yayılıb.

1xeber.media xəbər verir ki, Əhəd Abıyev Unikal-a açıqlamasında bildirib ki, qardaşı dünyasını dəyişməyib:

"Qardaşım Nadir xərçəng xəstəliyindən əziyyət çəkir. Bir müddət əvvəl Türkiyəyə aparmışdıq. Təxminən bir ay orada müalicə aldı.

Daha sonra Vətənə qayıtdı. Hazırda Bakı Sağlamlıq Mərkəzində reanimasiyadadır. Vəfat etməyib", - deyə o əlavə edib.

Qeyd edək ki, Nadir Abıyev 2006-2020-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.