Вернуться назад Распечатать

İranın xarici işlər naziri Türkiyəyə gedir

İranın xarici işlər naziri Abbas Arakçi sabah Türkiyəyə səfər edəcək.

1xeber.media Türkiyə KİV-nə istinadən xəbər verir ki, xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı ilə görüşəcəyi bildirilib.

Danışıqlarda əsas müzakirə mövzusu regional təhlükəsizlik və ikitərəfli münasibətlər olacaq.