Вернуться назад Распечатать

Patriarx Kirill Rusiyanın özəl klinikalarında abortların qadağan edilməsinə çağırıb

Patriarx Kirill Rusiyanın özəl klinikalarında abortların qadağan edilməsinə çağırıb.

1xeber.media xəbər verir ki, onun Federasiya Şurasının plenar iclasında etdiyi müraciət yuxarı palatanın mətbuat xidməti tərəfindən VKontakte-də dərc edilib.

Patriarxın sözlərinə görə, bir sıra bölgələrdə özəl klinikaların abort etməkdən imtina etməsi təcrübəsi artıq uğurlu olub.