Вернуться назад Распечатать

Bakıda itən uşağın valideynləri tapıldı-YENİLƏNİB - Video

Bakıda azyaşlı uşağın valideynləri axtarılır.

1xeber.media  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev paylaşım edib.

Bildirilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Səid adlı 8 yaşlı uşağı aşkarlayıblar.

O, valideynindən küsdüyü üçün evdən qaçdığını və yolunu azdığını söyləyib.

**

Həyata keçirilən operativ tədbirlər nəticəsində uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılmışdır. Atası ekoloji nəzarət postuna dəvət olunub.*