Вернуться назад Распечатать

"Azərbaycanfilm" ləğv olunur? - Baş direktordan açıqlama

"Azərbaycanfilm" qalmalıdır, lakin onun mahiyyəti dəyişməlidir. O, artıq yalnız bir mühit rolunu oynamalıdır və kino sahəsində fəaliyyət göstərən şəxslər bundan yararlanmalıdır.

1xeber.media Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Kino Agentliyinin baş direktoru Rəşad Əzizov bu gün "Azərbaycan mədəniyyəti - 2040" Konsepsiyasının təqdimatına dair bilgiləndirmə sessiyasında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, qeyd olunan istiqamətdə artıq müəyyən işlər görülür:

"Bəzi kosmetik xarakterli addımlar atılıb. Yaxın zamanda isə daha geniş islahatlar nəzərdə tutulur. Hazırda bir sıra normativ aktlar üzərində işlər aparılır".