Dubayda keçirilən Nüvə Beşliyi iclasına ekspertlər səviyyəsində Çin sədrlik edib.1xeber.media xəbər verir ki,bu barədə dekabrın 12-də Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, dekabrın 4-də baş tutan tədbirdə nüvə silahına malik beş dövlətin (Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ) nümayəndələri iştirak ediblər.“Tərəflər nüvə doktrinalarını açıq müzakirə ediblər.
Qərara alındı ki, belə bir söhbət bir-birinin nüvə doktrinalarını daha yaxşı başa düşmək, anlaşılmazlıq və səhv hesablamalara yol verməmək üçün vaxtındadır”, - departamentin bəyanatında deyilir.Çin Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, Çin nüvə beşliyi arasında müzakirələri asanlaşdırmağa davam edəcək.