1xeber.media xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, yeni Hollandiya hökuməti Ukraynaya yardımla bağlı 79 səhifəlik manifest təqdim edib.
"Ukraynadakı münaqişə bütün Avropanın təhlükəsizliyi ilə bağlıdır. Buna görə də, biz uzunmüddətli maliyyə və hərbi dəstək göstərməyə davam edirik və dondurulmuş Rusiya aktivlərinin istifadəsini müdafiə etməyə davam edəcəyik", - deyə "Gəlin işə başlayaq" adlı sənəddə bildirilir.
Bundan əvvəl Hollandiyanın xarici işlər naziri David van Vil ukraynalı həmkarlarından münaqişənin həlli danışıqlarında əldə edilən irəliləyişlə bağlı "ümidverici xəbərlər" eşitdiyini bildirmişdi. Lakin diplomat qeyd edib ki, prosesi sürətləndirmək üçün ABŞ Rusiyaya təzyiqi artırmalıdır.