Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Latviya Olimpiya Komitəsini idmançılarına Rusiya və Belarusdan olan həmkarları ilə təmasdan çəkinməyi tövsiyə etdiyinə görə neonasizmdə günahlandırdı.
1xeber.media xəbər verir ki, onun sözləri Xarici İşlər Nazirliyinin rəsmi Rutube kanalında sitat gətirilib.
"Bu, neonasizm səviyyəsinə çatmış millətçilikdir. Bunun idmanla və ya planetdə mövcud olan münaqişələrlə heç bir əlaqəsi yoxdur, çünki insanlara milliyyətlərinə görə ünsiyyət qurmaq qadağandır", - Zaxarova bildirib.
15 yanvarda Latviya Olimpiya Komitəsi idmançılarına Rusiya və Belarusdan olan idmançılarla təmasdan çəkinməyi tövsiyə edib. Onlardan həmçinin rəsmi foto və video çəkilişlər zamanı müəyyən məsafə saxlamaları xahiş olunub.
2026-cı il Olimpiya Oyunları 6-22 fevral tarixlərində Milan və Kortina d'Ampezzo şəhərlərində keçiriləcək. Yarışda Rusiyadan ümumilikdə 13 idmançı iştirak edəcək. Onların hamısı neytral statusda çıxış edəcək.