Вернуться назад Распечатать

ABŞ İran liderlərinin qaçmağa hazırlaşdığını açıqlayıb

1xeber.media xəbər verir ki, ABŞ Maliyyə Naziri Skott Bessent sosial media səhifəsində İran hakimiyyəti ölkədən köçməyə hazırlıq məqsədilə təcili olaraq dünyanın hər yerindəki banklara vəsait köçürür.

"Batan gəmidəki siçovullar kimi, rejim də İran ailələrindən oğurlanan vəsaitləri dünyanın hər yerindəki banklara və maliyyə qurumlarına təlaşla köçürür. Əmin olun ki, Maliyyə Nazirliyi tədbir görəcək", - deyə o yazıb.

Nazir həmçinin İran liderlərini resurs satışından əldə edilən gəlirləri "çiçəklənən İran" qurmaq əvəzinə, raket və nüvə silahlarının inkişafına xərcləməkdə günahlandırıb. Bessent Vaşinqtonun "İran xalqının hesabına varlanan korrupsiyalaşmış elitanı təqib etməyə davam edəcəyinə" əminlik verib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Venesueladakından daha böyük olan Amerika gəmilərindən ibarət bir armadanın İrana doğru getdiyini açıqlayıb.