
1xeber.media-nın verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün yola düşüb.
Xəbər verildiyi kimi, o, görüşə yerli vaxtla səhər saat 8:00-da (Moskva vaxtı ilə saat 16:00) bir neçə avtomobildən ibarət kortejlə gedib.
31 yanvarda Dmitriyev danışıqlar aparmaq üçün Mayamiyə gəlib. Bu görüş Rusiya və Ukrayna arasında 1 fevralda Əbu-Dabidə keçirilməsi planlaşdırılan yeni danışıqlar raundu ərəfəsində keçiriləcək. Moskva ölkələr arasında birbaşa danışıqların başlanmasını münaqişənin həlli istiqamətində müsbət addım hesab edir.