Вернуться назад Распечатать

Ən uğursuz 4 BÜRC – Sevgi və pul onlardan QAÇIR

Astrologiyaya görə, bəzi bürclər digərlərinə nisbətən daha “uğursuz” hesab olunur.

1xeber.media Türkiyə mətbuatına istinadla ən uğursuz sayılan 4 bürcü və onların xüsusiyyətlərini təqdim edir.

Əkizlər bürcü

Əkizlər adətən öz ətraflarında çox sevilir. Hər kəslə asanlıqla ünsiyyət qurur, tez dostlaşırlar. Lakin Əkizlər bəzi sahələrdə şanssız ola bilir. Xüsusilə sevgi və iş həyatları çox zaman istədikləri kimi irəliləmir.

Dəyişkən düşüncələri onları tez-tez qərarsızlığa sürükləyir. Bu isə məqsədlərinə doğru sabit addımlarla irəliləmələrinə mane olur və planlarını yarımçıq qoymalarına səbəb ola bilər.

Balıqlar bürcü

Balıqlar ən duyğusal bürclərdən biri hesab olunur. Əsl sevgini axtaran Balıqlar tez-tez uğursuzluqla qarşılaşırlar. Onlar özləri qədər anlayışlı, mərhəmətli və sevgi dolu birini tapmaqda çətinlik çəkirlər. Həddindən artıq hissiyyatlı olmaları Balıqların özlərini şanslı hiss etməmələrinə səbəb olur.

Şir bürcü

Şirlər güclü xarakterləri ilə tanınır. Onlar asanlıqla təslim olmurlar. Mübarizəsiz bir həyat Şir bürcü üçün demək olar ki, mümkün deyil. Bununla belə, Şirlər astroloji baxımdan şanslı sayılmır. Əldə etdikləri uğurları yalnız öz zəhmətləri hesabına qazanırlar. Fürsətlər nadir hallarda onların ayağına gəlir. Lakin Şirlərin uğurları çox zaman lazımi qədər qiymətləndirilmir. Məhz bu səbəbdən onlar ən uğursuz bürclər sırasında yer alırlar.

Xərçəng bürcü

Duyğusallığı ilə tanınan Xərçənglər çox vaxt özlərinə qapanırlar. Bu xüsusiyyətləri onların həm şəxsi imkanlarını yaratmasını, həm də özlərini cəmiyyətə tam şəkildə ifadə etməsini çətinləşdirir. Nəticədə Xərçəng bürcünün nümayəndələri həm sevgi, həm də iş həyatında arzuladıqları uğura çatmaqda çətinlik çəkirlər. Bütün bu səbəblərə görə Xərçəng bürcü də astroloji baxımdan ən şanssız bürclər siyahısına daxil edilir.