Bu gün “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarovun doğum günüdür.
1xeber.media xəbər verir ki,4 yaşından Moskvada yaşayan dünyaca məşhur biznesmen və bəstəkar-müğənni İsveçrə və ABŞ-da təhsil alıb.
ABŞ-da olarkən onun musiqiyə marağı yaranıb. Xüsüsən, Frenk Sinatra, Elvis Presli və müəllimi, unudulmaz sənətkar Müslüm Maqomayev onun kumirləri sırasındadır.
2006-cı ildə “Still” adlı ingiliscə ilk albomu işıq üzü görüb və eyniadlı mahnı tez bir zamanda hitə çevrilib. Bu musiqi toplusunda o, həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə “İncredible” adlı albomunu sevənlərinin ixtiyarına verib.
Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlib və “Wonder” albomunu Britaniyada satışa çıxarıb. “Obvious” mahnısını “This Morning” verilişində ifa edən sənətçi böyük diqqət görüb. Əksər mahnılarının müəllifi özüdür.
Sea Breeze layihəsi ilə Azərbaycanda bizneslə məşğul olan Ağalarov ölkədə minlərcə iş yeri açmaqla Azərbaycan iqtisadiyyatına da dəstək olur.