Вернуться назад Распечатать

Almaniya iqtisadi böhran fonunda bəzi güzəştlərin ləğv edilməsini tələb edir

1xeber.media xəbər verir ki, Tagesschau qəzetinin 1 fevralda verdiyi məlumata görə, Almaniya kansleri Fridrix Merzin CDU partiyasının İqtisadi Şurası Almaniya iqtisadiyyatını stimullaşdırmaq üçün vergilərin və sosial ödənişlərin azaldılması ilə yanaşı, bəzi sosial müavinətlərin ləğv edilməsinə çağırır.

Təklif olunan islahat "müxtəlif müavinətlərin ləğvi yolu ilə əhəmiyyətli dərəcədə vergi endirimləri və sosial təminat ödənişlərinə məhdudiyyət"i əhatə edir.

İqtisadi Şuranın baş katibi Volfqanq Ştayger bildirib ki, "3 milyondan çox işsiz insan siyasətçilərin vətəndaşların rifahını yaxşılaşdırmaq və iqtisadi artımı təmin etmək vədini yeniləmək üçün nəhayət mümkün olan hər şeyi etməli olduqlarının açıq bir siqnalıdır".