Вернуться назад Распечатать

Azərbaycanın dövlət siyasəti gənclərin hərtərəfli inkişafına hesablanıb

 

Hər bir xalqın tarixində onun uğurlu gələcəyini quran şəxsiyyətlər var. Azərbaycan xalqı
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndərimiz
Heydər Əliyevə borcludur. Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili
və 2 Fevral Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı
ilə bağlıdır. Gənclər siyasətinin institutlaşdırılması məqsədi ilə Ulu Öndər Heydər Əliyevin
1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. O, hər dəfə qeyd
edirdi ki, Azərbaycanın gələcəyi gənclərimizin əlindədir. Hər bir xalqın, hər bir dövlətin gəncləri
onun həm bu günü, həm də sabaha ümididir.1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli
Lider Heydər Əliyevin gənc nəslə göstərdiyi diqqət zaman keçdikcə dövlət siyasətinin prioritet
istiqamətlərindən birinə çevrildi.
Hələ ötən əsrin 1970-1980-ci illərində Ümummilli lider Heydər Əliyevin diqqət və
qayğısı sayəsində mövcud olmuş bir çox ənənələr kimi, xarici ölkələrə tələbələrin göndərilməsi
ənənəsi də davam və inkişaf etdirilməyə başlandı, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-
nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdi. Artıq 2003-cü
ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq
azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu
daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700
azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait
ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün
Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış
abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi
şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. 1996-cı il fevralın 2-də keçirilən
Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə
qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil
Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu, böyük xoşbəxtlikdir ki, indiki
gənclər müstəqillik dövründə yaşayır, formalaşır. Bəzi hallarda indiki gənclərin ağlına da
gəlməz ki, vaxtı ilə yaşadığımız ölkədə müəyyən məhdudiyyətlər vardı, azadlıqlar yox idi.
Sərbəst fikir söyləmək mövcud deyildi. Bizim bu gün xoşbəxtliyimiz ondadır ki, müstəqil və
azad bir ölkədə yaşayırıq. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi
məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm
istiqamətlərindən biri idi. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir,
dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək,
inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.
Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.
Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir.
Cənab Prezident  gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr
kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən
siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər
siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə
çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Ölkə başçısı 2007-
ci ili “Gənclər ili”, 2020-ci ili “Könüllülər ili” elan etmişdir. Bu mühüm təşəbbüslər gənclərin
ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə, cəmiyyətdə
xeyirxahlıq, yeni davranış qaydalarının təbliğ etməsinə səbəb olmuşdur. Bundan əlavə 2013-
cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan
biri oldu.1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş
dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət yetirir.
Məhz bu səbəbdən gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif
beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bu gün qürurla qeyd
edirik ki, bizim qəhrəman gənclərimiz tarix qarşısında, xalq qarşısında, Vətən qarısında
misilsiz xidmətlər göstərirlər.
Tarixi missiyanı həyata keçirən Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən
uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl
hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi

bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi
hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Təbii ki, bu da Ulu Öndərin gənc
nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən
müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən
uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur
mənbəyidir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva Uu
Öndərin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi konseptual
təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Bu gün qürurla qeyd etmək olar
ki, milli mənəvi dəyərlərimizi qoruyub yaşadan müasir Azərbaycan gəncləri müstəqil
dövlətimizin bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətlərində yüksək vətəndaşlıq
hisslərinə malik olduqlarını nümayiş etdirirlər.
Gənclər  Günü münasibətilə ölkə gəncliyini,  xalqımıza dünya miqyasında üz ağlığı
gətirən idmançılarımızı, yaradıcı gənclərimizi, xüsusən, milyonlarla soydaşımıza sevindirən
Vətən qarısında misilsiz xidmətlər göstərmiş Azərbaycan Ordusunun əsgərlərini təbrik edirik!
Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını,
millətini sevən gənclikdir.
Haqlı olaraq  Azərbaycan gənci fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Vətənə bağlılıq,
Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin
borcudur.
Heydər Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru