Polşa xarici işlər naziri Radoslav Sikorski Ukrayna üçün ədalətli sülh əldə edilərsə, ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına şəxsən namizəd göstərəcəyinə söz verib və konkret şərt əlavə edib.
1xeber.media xəbər verir ki, bu barədə sosial media saytı Clash Report-da məlumat verilib.
Platformada Polşa xarici işlər nazirinin sözləri sitat gətirilir: "Mən açıq şəkildə bildirmişəm ki, əgər Prezident Tramp Ukrayna üçün ədalətli sülh təmin edərsə, bunu özüm edəcəyəm. Amma nəyin ədalətli olduğuna özüm qərar verəcəyəm".
Sikorski daha əvvəl Polşa prezidenti Karol Navrotski və onun ətrafındakılardan ABŞ prezidenti Donald Trampın qərarlarına real təsir göstərmələrini tələb etmişdi. O, həmçinin qeyd edib ki, Vaşinqton və Varşava arasında aparılan danışıqlara baxmayaraq, xüsusən də Ukrayna, Rusiya və ya Qrenlandiya ilə bağlı məsələlərdə heç bir konkret nəticə müşahidə olunmayıb.