Вернуться назад Распечатать

Braziliya prezidenti beyin qanamasından sonra ikinci əməliyyat olunub

 Braziliya prezidenti Luiz İnasio Lula da Silva beyin qanaması keçirərək ikinci dəfə əməliyyat olunub.1xeber.media xəbər verir ki, bu barədə dekabrın 12-də Braziliyanın “O Globo” qəzeti məlumat yayıb.

Həkimlərin sözlərinə görə, əməliyyat uğurla keçib. Braziliya lideri artıq özünə gəlib.

Prezidentin bir neçə günə xəstəxanadan çıxacağı və vəzifəsinə qayıdacağı gözlənilir.