Sərnişindaşıma ilə bağlı yeniliklərdən biri ondan ibarətdir ki, SİMA ödəniş sistemi ilə bağlı biz son test mərhələsindəyik.
1xeber.media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə məlumat verib.
"Dəmir yolu infrastrukturunda məsafəbaşına ödənişlər həyata keçirilir. Səfər edilən məsafəyə uyğun olaraq ödənişlər edilir. Sərnişindaşıma ilə bağlı yeniliklərdən biri ondan ibarətdir ki, SİMA ödəniş sistemi ilə bağlı biz son test mərhələsindəyik. Bu ödəniş sistemi artıq bir neçə dəmir yolu stansiyasında test mərhələsindədir. Bu o deməkdir ki, yaxın günlərdə testlər bitdikdən sonra sərnişinlərimiz heç bir təmas olmadan platformalardan, bizim turniketlərdən SİMA tanınma sistemindən istifadə edə biləcəklər", - deyə o vurğulayıb.