Вернуться назад Распечатать

“Kəpəz”in futbolçusu bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

1xeber.media xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun futbolçusudur. O, “Turan Tovuz” futbol kulubundan transfer edilib.

Faktla bağlı araşdırma aparılır.