Вернуться назад Распечатать

Trampdan ŞOK İDDİA: Epşteynlə bağlı DANIŞDI

Maliyyəçi Ceffri Epşteyn ABŞ prezidenti Donald Trampın seçkilərdə qələbəsinin qarşısını almağa çalışıb.

1xeber.media xəbər verir ki, Tramp bu iddia ilə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən çıxış edib: 

"Məlum olub ki, Ceffri Epşteyn və həmin alçaq yazıçı Maykl Volf Donald Trampın seçkilərdə məğlub olması üçün ona qarşı sui-qəsd hazırlayıblar".

Amerika Birləşmiş Ştatları prezidenti ABŞ Ədliyyə Nazirliyi tərəfindən Epşteyn işi ilə bağlı milyonlarla sənədin açıqlanmasına münasibət bildirib: "Epşteyn mənim seçkilərdə məğlub olmam üçün yazıçı ilə sui-qəsd hazırlayıb. Beləliklə, başa düşürsünüz ki, mənim o adamla heç bir əlaqəm yoxdur".

O, müxalifətdəki Demokrat Partiyasının sözügedən materialların dərc olunmasına ona siyasi cəhətdən zərər vurmaq ümidi ilə çalışdığına əmindir: "İndi isə bu, onlara əks təsir göstərir, çünki  Klinton bunda çox böyük rol oynayıb. Məlum oldu ki, Demokratlar Epşteynlə əlbir olublar. Təsəvvür edin, onlar mənim seçkilərdə uduzmağım üçün birlikdə çalışırdılar".