Вернуться назад Распечатать

Azərbaycan nefti təxminən 4 dollar ucuzlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb.

1xeber.media  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,63 ABŞ dolları və ya 4,95% azalaraq 69,72 ABŞ dollarına bərabər olub.

Azərbaycan neftinin əvvəlki qiyməti 73,35 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.