Вернуться назад Распечатать

Elçin Quliyev Türkiyənin milli müdafiə naziri ilə görüşüb- FOTOLAR

Yaşar Gülər DSX rəisi Elçin Quliyevi qəbul edib

1xeber.media xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevi qəbul edib.

Bu barədə Türkiyə MN-in "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, Yaşar Gülər nazirliyə gələn general-polkovnik Elçin Quliyevi qarşılayaraq qardaş ölkənin komandanı ilə görüş keçirib.