İrandan Ermənistana iki uçuş ləğv edilib.
1xeber.media xəbər verir ki, bu barədə Zvartnots Beynəlxalq Hava Limanının onlayn lövhəsində deyilib.
Qeyd edək ki, bu gün “Fly Kish” və “Armenia Airways” şirkətlərinin Tehran-İrəvan reysləri ləğv edilib. İran paytaxtından Ermənistan paytaxtına uçuşlar 3 fevral tarixində saat 14:45 və 16:35-də həyata keçirilməli idi.