Ombudsman Aparatının “916” Çağrı Mərkəzinə ötən il ərzində daxil olan müraciətlərin sayı açıqlanıb.
1xeber.media xəbər verir ki, statistikaya əsasən, 2025-ci il ərzində çağrı mərkəzinə ümumilikdə 14 718 zəng daxil olub.
Zənglərin 12 375-i iş vaxtında, 2 343-ü isə qeyri-iş vaxtında qeydə alınıb.
Qurumlar üzrə müraciətlər:
Daxil olan zənglərin qurumlar üzrə bölgüsünə baxdıqda ən çox müraciətin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeli qurumları ilə bağlı olduğu məlum olur. Bu istiqamətdə 2602 müraciət qeydə alınıb.
Digər yüksək göstəricilər aşağıdakılardır:
Daxili İşlər Orqanları – 1882
TƏBİB – 760
Prokurorluq orqanları – 650
Elm və Təhsil Nazirliyi və tabeli qurumlar – 686
Məhkəmələr – 513
Müdafiə Nazirliyi – 413
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və tabeli qurumlar – 455
Bundan başqa, bələdiyyələr (291), ədliyyə orqanları (272), mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları ilə bağlı müraciətlər də qeydə alınıb.
Mövzular üzrə müraciətlər
Müraciətlərin məzmununa görə bölgüsündə kommunal problemlər ilk sırada qərarlaşıb. Bu mövzu üzrə 1 172 müraciət daxil olub.
Ən çox rast gəlinən digər mövzular bunlardır:
Müayinə və müalicə – 755
Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyəti – 712
Qeyri-obyektiv təhqiqat və istintaq ehtimalı – 702
Məhkəmə qərarının icra olunmaması – 627
Əlilliyin müəyyən edilməsi – 616
Müraciətin qeydə alınmaması – 602
Aliment məsələləri – 602
Məsuliyyətlə bağlı problemlər – 599
Təhsil məsələləri – 563
Əmək mübahisələri – 540
Qanunsuz saxlama ehtimalı – 476
Baş çəkmə hüququnun pozulması – 406
Məhkəmə araşdırması ilə bağlı şikayətlər – 343
Qəbulla bağlı məlumatın verilməməsi – 340
Pis rəftar ehtimalı – 326
Müəssisələrdə görüş hüququnun pozulması – 312
Maddi yardım – 308
Bələdiyyələrin fəaliyyəti – 291
Bank-kredit məsələləri – 236
Kompensasiya – 212
Korrupsiya ehtimalı – 205
Əmlak məsələləri – 205
Saxlanma şəraiti – 192
Pensiya məsələləri – 170
Ayrı-seçkilik ehtimalı – 170
Müavinət – 162
Veteranlıq – 160
Evlərin qanunsuz sökülməsi – 154
Qəzalı ev və mənzil problemləri – 140
Mənzil məsələləri – 133


