Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib.
1xeber.media xəbər verir ki, bu barədə APA -ya AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.
O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilmişdi:
“Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB üzvlüyündən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək”.
Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb.